BİZNES

İsveçrə şirkəti Azərbaycanda müəssisə açıb

Azərbaycanda İsveçrənin “Sika” şirkətinə məxsus quru inşaat qatışıqları müəssisəsi açılıb.

"BI" xəbər verir ki, Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodun məhsulları Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixrac olunacaq.

60 iş yeri olan müəssisəyə ilkin olaraq 3,5 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. İlk mərhələdə zavodun illik istehsalat gücü 40 min ton olacaq. Məhsullar arasında sement və polimer üzlük maddələri, sürtmə qatışıqları, sement lövhələr üçün yapışqanlar və s. var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)