5 sığorta şirkəti tənəzzüldədir - SİYAHI
2019-cu ilin ilk 3 ayı ilə müqayisədə 2020-ci ilin ilk 3 ayında Azərbaycanın 22 sığorta şirkətindən 5-nin (AtaSığorta, Atəşgah Sığorta, AXA MBask, Meqa Sığorta, Qala Həyat ) hesabladığı sığorta haqları azalıb,16-sının isə artıb.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 şirkət isə (Xalq Həyat) ötən ilin ilk rübündə sığorta haqları toplamadığından müqayisə mümkün deyil.