Milyarder Azərbaycandakı bankına 30 milyon manat maya qoyur
Yaxın aylarda Yelo Bank-ın nizamnamə kapitalı 30 milyon manat artırılacaq.
Bunu bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaya bildirib.
"Bankın səhmdarları artıq yığıncaqda qərar qəbul ediblər. Bankın kapitalı 30 milyon manat (31 mart 2020-ci il tarixinə 348 milyon manat) artırılacaq və bu, yaxın aylarda baş verəcək", - deyə Şurqaya bildirib.
Tanınmış Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin rəhbəri, milyarder Vahid Ələkbərov "Yelo Bank" ASC-nin əsas səhmdarıdır. O, son 5 ildə dəfələrlə "Yelo Bank"ın kapitalını artrsa da, qeydə alınan zərərlərə görə bankından gəlir götürə bilmir. "Yelo Bank"ın kapitalı azalıb və Vahid Ələkbərovun maliyyə yardımını zəruri edir.