ENA+

Fitch, İtaliyanın kredit reytinqini aşağı saldı

Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, İtalyanın kredit reytinqini "BBB" səviyyəsindən "BBB-" səviyyəsinə endirildiyini və proqnozunun "sabit" olduğunu açıqlayıb.

ENA.az təşkilatın yaydığı açıqlamaya istinadən xəbər verir ki,  İtaliyanın kredit reytinqinin aşğaı salınması yeni növ koronavirüs (Kovid-19) epidemiyasının ölkə iqtisadiyyatı və maliyyə vəziyyəti üzərindəki təsiri əks etdirdiyi qeyd edilib.

İtaliya iqtisadiyyatının bu il 8% azalacağının  təxmin edildiyi açıqlamada, Kovid-19 epidemiyasının bu ilin ikinci yarısında nəzarət altına alınması halında 2021-ci ildə nisbətən güclü bir iqtisadi yığışmanın yaşana biləcəyi qeyd edilib.

Açıqlamada, epidemiyada ikinci bir dalğasının olması və təcrid tədbirlərinin yenidən başlaması vəziyyətində, iqtisadiyyatın bu il və gələn il daha çox zəifləyəcəyi bildirilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)