Koronavirus professoru milyarder etdi
Koronavirusun yayılması ilə sərvərini artıranlardan biri də Harvard Universitetinin tibb professoru 72 yaşlı Timoti Springer olub.
Keçmişdə “Moderna” biotexnoloji şirkətinə 5 milyon dollar sərmayə qoyan Springer pandemiya səbəbilə “Moderna”nın səhmlərinin sıçrayışı ilə milyarder olub. Keçmişdə Springerin aldığı səhmlərin dəyəri indi 800 milyon dollara yüksəlib.
Qeyd edək ki, bu il ABŞ-da fəaliyyət göstərən biotexnologiya şirkəti Moderna koronavirusa qarşı vaksinlər istehsal etməyə çalışdığı üçün səhmləri 152% artıb. Moderna dünyada peyvənd tətbiq etməyə başlayan az sayda şirkətdən biridir.