Avtomobil

Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı

Bakının Moskva prospektində “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır. 

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti-Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti-3-cü mikrorayon dairəsi-Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti-20 Yanvar dairəsi-Müzəffər Həsənov küçəsi-Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department