“Amazon" yumurtanı süni bahalaşdırdığına görə məhkəməyə verilib

ABŞ-ın 3 böyük ərzaq pərakəndə satış şirkətinə - “Amazon” (Whole Foods), “Walmart” və “Cotsco”ya yumurta qiymətlərini öz aralarında müəyyənləşdirdikləri iddiası ilə San-Fransisko şəhərində məhkəmə işi açılıb.
ENA.az “Los Angeles Times”a istinadən xəbər verir ki, hazırda ABŞ-da yumurtanın qiyməti 2 dəfə artıb, bəzi mağazalarda isə kvota ilə satılır.
Bu il martın 2-də dənəsi 1,55 dollara olan yumurtanın martın 27-də 3,66 dollara qədər bahalaşıb.
"Məhkəmə prosesi ilə bağlı şərh verə bilmərəm, amma deyə bilərəm ki, biz yumurtanın qiymətini qaldırmamışıq", - “Walmart” rəsmisi Trader Joe's “Bloomberg”ə bildirib.