Samsung-un sədri əyilərək üzr istədi
"Samsung Electronics" şirkətinin İdarə Heyətinin sədri Ki Ki-nam istehsalda çalışan fəhlələrin yaşadığı sağlamlıq problemlərinə görə mətbuat konfransında əyilərək üzr istəyib. Həftənin əvvəlində "Nissan"da baş verən korrupsiyaya görə "Nissan"ın İcraçı direktoru əyilərək üzr istəmişdi.
"Samsung Electronics" şirkətinin İdarə Heyətinin sədri Ki Ki-nam "Samsung"un zavodlarında pis iş şərtləri səbəbilə xəstələnən işçilərdən və onların yaxınlarından üzr istəyib.
"BI" xəbər verir ki, Ki Ki-nam xəstələnən işçilərə təzminat ödəniləcəyini deyib. Kim, iş şəraitində xəstələnmiş işçilər üçün son dərəcə məyus olduğunu dilə gətirib.
Kim, "Həmkarlarım və yaxınları böyük acılar çəkdi, ancaq daha əvvəl bu məsələ ilə məşğul olmaqda uğursuz olduq" deyib.
Xüsusilə çip və maye kristal ekran istehsalında çalışan işçilərdə ağciyər xəstəlikləri meydana gəlir.
"Samsung" və xəstə işçilərin nümayəndələri arasında, peşə xəstəliklərinə təzminat ödəniləcəyinə dair müqavilə də imzalanıb.