Naxçıvanda Dövlət Xidmətinə yeni rəis TƏYİN EDİLDİ
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
/ENA.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.
Fərmana əsasən, Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.