Xarici İşlər Nazirliyindən Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - AÇIQLAMA
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun (Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu) geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
"BI" xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva müsahibəsində Anar Məhərrəmovun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı sauala “hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” deyə cavab verib.
XİN rəsmisi deyib ki, səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığı barədə nazirlikdə məlumat yoxdur və bununla bağlı suallar diplomatın özünə ünvanlana bilər.
L.Abdullayeva İspaniyada keçirilən tədbirə yola düşən nümayəndə heyətinin təyyarəsində Bakıdan 2 ton ağırlığında diplomatik yükün aparılması haqda məlumatlara belə cavab verib:
“Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib”.