OPEC sədri: Neftin qiymətinin 40 dollara yüksələcəyini gözləyirik
Əlcəzairin Energetika naziri və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Sədri Məhəmməd Arkab, neftin barel qiymətinin ilin ikinci yarısında 40 dollara qalxacağını gözlədiklərini bildirib.
ENA.az xəbər verir ki, Əlcəzair dövlət radiosuna danışan Arkab, yeni növ koronavirus (Kovid-19) ilə əlaqədar olaraq kəskin düşmüş neft qiymətlərinin qarşıdkı günlərdə yüksəlməsini gözlədiklərini qeyd edib.
Arkab, OPEC+ ölkələrinin istehsalın azaldılması qərarının tətbiqinə başlanması ilə may və iyunda neftin barel qiymətinin 40 dollar səviyyəsinə qalxacağını gözlədiklərini söyləyib.
OPEC Sədri Arkab, keçən günlərdə neft bazarının müsbət siqnallar verdiyini də qeyd edib.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələr 10 Apreldə hasilatın azaldılmasını razılaşdırıblar.
Razılaşmaya görə, OPEC+ olaraq tanınan qrupun gündəlik xam neft istehsalının miqdarı 1 May-30 İyun arasında gündəlik 9,7 milyon barel, 1 İyul-31 dekabr arasında gündəlik 8 milyon barel və 1 Yanvar 2021-30 Aprel 2022 arasında isə gündəlik 6 milyon barel azaldılacaq.
Sonuncu dəfə Brent neftin qiyməti beynəlxalq bazarlarda 21,7 dollardan ticarət olunub.