Sosial iqtisadiyyat

Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

ENA.az BakuPost-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş yeri də tapıb. Bundan sonra o, “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)