Sığorta

"AzRe Təkrarsığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 22-də, saat 10:00-da "AzRe Təkrarsığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "AzRe Təkrarsığorta"nın 2019-cu ildəki fəaliyyəti ilə bağlı ilkin maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir. 

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 91,11%-lik səhmdarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)