Ceff Bezos yenidən “Amazon”dakı idarəetmə fəaliyyətinə qayıdır
“Amazon” şirkətinin qurucusu Ceff Bezos yenidən şirkətin idarəetmə fəaliyyətinə qayıdıb.
ENA.az xəbər verir ki, “New York Times” qəzetinin “Amazon” nümayəndələrinə istinadən bildirdiyi kimi, koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq Bezos müəyyən müddətdə rəhbərlikdən uzaqlaşmışdır.
Sahibkarlın gündəlik fəaliyyətinə anbarlar və yoxlamalar ilə əlaqəli məsələlərin həlli, ictimaiyyətlə əlaqələrin qorunması və s. daxildir.
Daha əvvəl Ceff Bezos bütün diqqətini digər uzunmüddətli layihələrə yönəldərək (o cümlədən səs köməkçisi “Alexa” və “Amazon Go” layihəsi), “Amazon” un rəhbərliyini müavinlərinə tapşırmışdır.
Mart ayının ortalarında şirkət müştərilərə sifarişlərin sayının artması fonunda ilk növbədə ən vacib mallara üstünlük verəcəyini bildirmişdir. Həmin dövrdə “Amazon” daha 100 min işçi götürmək niyyətində olduğunu açıqlamışdır. Bir müddətdən sonra açıq vakansiyaların sayı 175 minə çatdı.