4 sığorta şirkətinin nizamnamə kapitalı artıb
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Bunlar "Meqa Sığorta", "Xalq Sığorta", "Standard Insurance" Sığorta Şirkəti və "Qala Həyat Sığorta" ASC-lərdir.
Ən yüksək dinamika "Meqa Sığorta"da (58,6%), ən aşağı dinamika isə "Qala Həyat Sığorta"da (1,3%) qeydə alınıb.
Qalan 17 sığorta şirkətinin nizamnamə kapitalı dəyişməyib.
6 sığorta şirkətinin nizamnamə kapitalı 20 milyon manatdan çoxdur
"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə nizamnamə kapitalı 20 milyon manatdan çox olub.
Bunlar "Xalq Sığorta" (58,781 milyon manat), "PAŞA Sığorta" (50 milyon manat), "PAŞA Həyat Sığorta" (40,25 milyon manat), "AXA Mbask" Sığorta Şirkəti (23,934 milyon manat), "Meqa Sığorta" (23 milyon manat) və "Azsığorta" (20,3 milyon manat) ASC-lərdir.
Qalan 15 sığorta şirkətindən 7-nin nizamnamə kapitalı 10-15 milyon manat arasında, 8 şirkətin nizamnamə kapitalı isə 5-10 milyon manat arasındadır.