BİZNES

Azərbaycana yükdaşımalar azalıb: I rüb üzrə statistika

2020-ci ilin 1-ci rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşınmasının həcmi 50,8 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,3% azdır.

ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşınmasının strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payı 78,2%, dövlət sektorunun payı 21,8% təşkil edib. Bununla yanaşı, 2020-ci ilin yanvar-mart aylarında özəl nəqliyyat müəssisələri tərəfindən yük daşınmasının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,3% azalıb.

Hesabat dövründə dəmir yolu ilə (tranzit yüklər də daxil olmaqla) 3,6 milyon ton daşınıb ki, bu da 2019-cu ilin yanvar-mart aylarına nisbətən 0,6% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)