Gürcüstan xaricdən 3 milyard ABŞ dollarından çox vəsait cəlb edib
“Gürcüstan hökuməti ölkə iqtisadiyyatı üçün beynəlxalq qurum və donorlardan 3 milyard ABŞ dollarından çox vəsait cəlb edib”.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirin müşaviri İrakli Çikovani bildirib.
O deyib ki, hökumət epidemiya ilə mübarizə ilə paralel olaraq iqtisadiyyat üçün böhran əleyhinə plan üzərində də işləyir.
İ.Çikovani ikimərhələli planın aprelin 24-də təqdim olunacağını deyib.