“Ətraf rayonlar qaytarılır, sərhədlər açılır” – Lavrovdan önəmli QARABAĞ AÇIQLAMASI
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada Qorbaçov fondunda dəyirmi masada iştirak edən nazir danışıqlar masasında duran sənədlərə toxunub.
“Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənəd var”.
Lavrov həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu əlavə edib.
“Münqaişənin həllində mərhələli həll nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”.
Lavrov BMT Təhlükəsizlik Şurasının 1990-cı illərdə Qarabağda hərbi əməliyyatları dayandırmağı tələb etdiyini və indki atəşkəs rejimində isə tərəflərin sülh yolu ilə münaqişəni yekun həll etməyi mümkün sayır.