Bank

"Gələn rüb bazar üçün çətin dövr olacaq" - BANK SƏDRİ

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov hesab edir ki, 2020-ci ilin 2-ci rübü bazar üçün çətin dövr olacaq. 

"Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizi dəstəkləməkdə davam edəcəyik”, - “AccessBank”ın İdarə Heyətinin sədri bildirib. 

Anar Həsənov qeyd edib ki, bankın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərin əminliyindən asılıdır: "Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektoru deməkdir. Buna görə də “AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)