Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi
Dünyada koronavirusdan 617 013 nəfər sağalıb, 165 058 nəfər isə virusdan ölüb.
ENA.az xəbər verir ki, indiyədək 2 403 380 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 54 225-nin vəziyyəti ağırdır.
Ən çox yoluxma və ölüm halları ABŞ (762 896 - yoluxma, 40 495 - ölüm), İspaniya (198 674 – yoluxma, 21 238 - ölüm) və İtaliyada (178 972 – yoluxma, 23 660 - ölüm) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 86 306 nəfər yoluxub, 2 017 nəfər ölüb. İranda isə 82 211 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 118 ölkə vətəndaşı pandemiyanın qurbanı olub.