Türkiyə elektriklə işləyən traktor istehsalına başlayır
Türkiyədə istehsal olunacaq ilk elektrik mühərrikli traktorlar cari ildə istifadəyə veriləcək.
ENA.az xəbər verir ki, bu layihə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı olan TAGEM (Əkinçilik araşdırması və siyasəti) qurumu tərəfindən həyata keçirilir.
Bildirilir ki, elektrik mühərrikli zavod Gebzedə tikilib. Koronavirus infeksiyasının yaratdığı problemlərə baxmayaraq, zavodda istehsal avadanlıqlarının quraşdırılması işlərində ləngimə yoxdur.
Hesablamalara görə, ölkədə elektrik mühərrikli traktorlara böyük ehtiyac olacaq.