Sosial iqtisadiyyat

Dövlət strukturlarının büdcədənkənar fondlara əlavə vəsaitin köçürürlməsi mexanizmi dəyişir

Azərbaycan hökuməti dövlət strukturlarının büdcədənkənar fondlarına əlavə vəsaitin köçürürlməsi mexanizmini dəyişir

Azərbaycanda dövlət strukturlarının büdcədənkənar fondlarına əlavə vəsaitin köçürürlməsi mexanizmini dəyişidrmək təklif olunur, bu fondlara daxil olan vəsaitin bir hissəsi dövlət büdcəsinə yönəldiləcək.

Bu, Milli Məclisin plenar iclasında müzakirələr üçün təqdim olunan “Yol hərəkətihaqqında”, "Sosial sığorta haqqında", “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”və digər qanunlara dəyişikliklərdə nəzərdə tutulur.

Düzəlişlərə əsasən, öncə büdcədənkənar fondlara yönəldilən vəsaitin 7%-nin dövlət büdcəsinə yönəldilməsi təklif olunur. Beləliklə, büdcədənkənar fondlarda dövlət strukturları tərəfindən yığılan vəsaitin 50%-i deyil, 43%-i qalacaq.

Əgər dövlət strukturlarının büdcədənkənar fondlarına müxtəlif fəaliyyətlərdən vəsaitin 25%-i daxil olurdusa, dəyişikliklərə əsasən, indi dövlət büdcəsinə 7% yönəldiləcək. Daxil olan vəsaitin 18%-i dövlət strukturlarının büdcədənkənar fondunda qalacaq.

Düzəlişlər qəbul ediləcəyi təqdirdə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department