Elm və Texnologiya

Adına daha çox saxta cihaz istehsal olunan brendlər – SİYAHI

Saxta məhsul istehsalları arasında ən populyarı Samsung W2019 seçilib.

Çinli benchmark Master Lu texnologiya nəhənglər arasında saxta cihaz istehsal edən şirkətlərin reytinqini tərtib edib.

Siyahıda bu ilin birinci rübündə Çində tez-tez saxtasına rast gəlinən smartfonlar yer alıb.

Mütəxəssisin məlumatına görə, bu ilin ilk üç ayında 7 min 931 saxta telefon hazılanıb. Həmin müddətdə ümumi satışa çıxarılan smartfonların sayı isə 1 milyon 295 min 457 olub.

Saxta telefonların böyük əksəriyyəti

Samsung və Apple brendləri altında hazırlanır. Ümumilikdə isə saxta telefon istehsal olunan brendlərin ilk beşliyi belədir: Samsung W2019, iPhone X, iPhone 8, iPhone XS Max və Xiaomi Mi Max 3-dür.

“Samsung W2019” saxtasına 498 dəfə, “iPhone X” 246, “iPhone 8” 213, “iPhone XS Max” 172, “Xiaomi Mi Max 3″ə isə 127 dəfə rast gəlinib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)