Birja

Qızıl BVF-in xəbərdarlığından sonra bahalaşda 7 ilin rekorduna çatdı

BVF-in xəbərdarlığından sonra qızılın qiyməti 7 ilin zirvəsinə yaxınlaşdı. ENA.az xəbər verir ki, qızıl qiymətləri Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatı ilə bağlı xəbərdarlıqlarından sonra daha da bahalaşıb. 
Qızılın bahalaşmasına səbəb pandemiya nəticəsində proqnozlaşdırılan sərt tənəzzül, mərkəzi banklar və hökumətlər tərəfindən uzunmüddətli borclara tələbin artması və investorların qızıl almaq üçün fond bazarlarına sifarişlərinin sürətlə artmasında irəli gəlir.

 

Ümumilikdə qızıl bu il 14 faizlik artım göstərdi. Spot qızıl, Çərşənbə axşamı günü bir unsiya üçün 1.726.97 dollar səviyyəsinə qalxdı. Bu, 2012-ci ilin Noyabr ayından bəri ən yüksək göstərici idi. London vaxtı ilə səhər 07.00-da isə qızıl artıq 1.727.30 dollara satıldı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)