ENA+

Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

"Bizim nazirimiz istefa haqqında ərizəni Prezidentimizə təqdim etdi. (Ərdoğan) Bildirib ki, bu tələbi münasib hesab etmir”, - rəsmi məlumatda qeyd edilir.

“Daxili işlər nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" – rəsmi xəbərdə bildirilir. 

Qeyd edək ki, ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)