Sumqayıtda tikilən tibbi maskaya qiymət TƏKLİF OLUNDU
“Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunda artıq istehsal prosesi başlayıb”.
ENA.az xəbər verir ki, Bunu Modern.az-a açıqlamasında “Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva bildirib.
S.Babayeva qeyd edib ki, növbəti həftənin cümə gününədək masklar satışa çıxarılacaq:
“Zavodun gündəlik tələbatı ödəmək gücü var. Növbəti həftənin sonundan etibarən ilkin olaraq, gündəlik 200 min ədəd maska istehsal ediləcək”.
S.Babayevanın sözlərinə görə, maskaların qiymətilə bağlı təkliflər hazırlanıb:
“Biz qiymətlərlə bağlı təkliflərimizi vermişik. Hökumət tərəfindən uyğun bir qiymət müəyyən olunacaq. Bu, elə qiymət olacaq ki, kimsə bundan manipulyasiya edə bilməyəcək, nə də maska istehsalını monopoliyaya ala bilməyəcək”.
Zavod rəhbəri qeyd edib ki, maska istehsalı birbaşa dövlətin nəzarətindədir:
“Qiymətlə bağlı qərar verilən kimi ictimaiyyətə açıqlanacaq. Bu elə qiymət olacaq ki, həm də pandemiya dövründə vətndaşlarımız üçün əlçatan olsun”.