Sağlamlıq

Dünyada koronavirusa yoluxanların gerçək sayı 20 dəfə çoxdur - ARAŞDIRMA

Dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı daha bir elmi araşdırmanın nəticələri açıqlanıb.

ENA.az xəbər verir ki, virusla bağlı tədqiqat aparan Almaniyanın Göttingen Universiteti alimlərinin qənaətinə görə, rəsmi rəqəmlər koronavirusa yoluxanların yalnız 6%-ni əks etdirir.

Kristian Bommer və Sebastian Follmerin apardığı araşdırmada müxtəlif ölkələrdəki ölüm nisbətləri arasındakı variasiyanı təhlil ediblər. Məsələn, İtaliyada koronavirusdan ölüm 11,7% olduğu halda bu rəqəm Almaniyada 10 dəfə azdır – 1,1%.

Araşdırmaçıların fikrincə, bu, bəzi ölkələrdə qeydə alınan koronavirusa yoluxma hallarının sayının gerçək rəqəmdən çox az olmasından qaynaqlanır. Tədqiqatda ölüm sayını rəhbər tuturaq martın 31-də dünyada yoluxma hallarının sadəcə 6%-nin aşkarlandığını açıqlanıb.

Alimlər belə nəticəyə gəlib ki, martın 31-nə olan vəziyyətə görə, koronavirusa yoluxanların Almaniyada 15%, İtaliyada 3,5%, İspaniyada isə yalnız 1,7%-nə rast gəlinib. Bu baxımdan ən aşağı göstəricilər biri də ABŞ (1,6%) və Böyük Britaniyadadır (1,2%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)