Sağlamlıq

İtaliyada koronavirusdan REKORD sayda sağalma

İtaliyada koronavirusla bağlı durum sabitləşməyə doğru gedir.

ENA.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada son sutka ərzində koronavirusdan rekord sağalma qeydə alınıb.

Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrellinin verdiyi məlumata görə, bu gün 2099 nəfər Covid-19-dan sağalıb. Bu isə son 10 gün ərzində 50 faiz artım deməkdir. Ümumilikdə isə 26 min 491 nəfər sağalıb.

Qeyd edək ki, İtaliyada hazırda 139 min 422 nəfər koronavirus xəstəsidir. 17 min 699 nəfər isə dünyasını dəyişib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)