"Neft bazarları 100 ildir yaşamadığı bir şoku yaşayır”
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol, neft bazarlarının 100 ildir yaşamadığı bir şoku yaşadığını bildirib.
ENA.az Bloomberg-ə istinadən xəbər verir ki, Birol, ilk dəfə həm tələbdə inanılmaz azalmanın, həm də istehsalda çox sürətli bir artım olduğunu söyləyib. Birol "Çox istifadə edilməyən neft var bu da qiymətlərə təzyiq edir"-deyib.
Qiymətlərin bu səviyyələrə düşməsi neft idxal edən ölkələr üçün yaxşı xəbər kimi görünsə də vəziyyətin normal olmadığını söyləyən Birol xəbərdarlıq edib: "Dünyadakı neft sənayesinin çökmək təhlükəsi ilə qarşı-qarşıya qalması dünya iqtisadiyyatına növbəti mənfi təsiri edəcək".
Birol qiymətlərin bu səviyyələrdən bir az artmasının rahatlaşma təmin edəcəyini, dünya iqtisadiyyatına "nəfəs almaq" imkanı verəcəyini vurğulayıb.
“HASİLATIN 10 MİLYON BAREL AZALDILMASI BELƏ PROBLEMİ HƏLL ETMƏZ”
Birol bu həftə keçiriləcək OPEC yığıncağına dair, "Gündəlik hasilatın 10 milyon barel azaldılması belə problemi həll edə bilməz. Yəni bazardakı pisə gediş davam edəcək, onun üçün mən Səudiyyə Ərəbistanı və digər ölkə nazirlərilə danışaraq bu Cümə günü G20-nin fövqəladə yığıncağının keçirməsi təklifi ilə çıxış etmişəm. Burada daha təsirli qərarlar qəbul edilə bilər. Hasilat daha böyük həcmdə azaldılmalıdır",- deyib.
Birol, hasilatın 10 milyon barel azaldılmasının bazarlara yalnız bir neçə gün müsbət hava gətirəcəyini ifadə edib.
Qeyd edək ki, hazırda Brent nefti təxminən 32 dollardan alıcı tapır.