Samsung 6 kameralı yeni smartfonunu təqdim edə bilər
Biz artıq bilirik ki, yeni Galaxy S seriyası 3 versiyada təqdim olunacaq və təqdimat tədbiri gələn ilin Fevral ayında baş tutacaq MWC 2019 sərgisində keçiriləcək. The Wall Street Journal saytı isə öz mənbələrinə istinadən xəbər verib ki, Samsung şirkəti seriyanın dördüncü versiyası üzərində çalışır və o, şirkətin gələn ilki ən flaqman modeli olacaq. Sözügedən smartfonun Galaxy S seriyasına aid olub-olmayacağı hələki tam dəqiq bilinmir.
Eləcə də bax: Yaxın 5 ildə MMS və SMS xidmətləri ləğv olunacaq
Lakin onun Galaxy S seriyasına aid olma ehtimalı çox böyükdür. Beləliklə 4-cü versiya smartfonun kod adı Beyond X-dir. Məlumata əsasən bu smartfon 6.7 inç ekran (Galaxy Note 9-da 6.4 inç ekrandır), iki ədəd ön kamera, 4 ədəd arxa kamera və 5G texnologiyası ilə təchiz olunacaq. Güman olunur ki, sözügedən versiya MWC 2019 sərgisi çərçivəsində Galaxy S10 seriyası ilə birlikdə təqdim olunacaq. Lakin onun satışlarına bir qədər sonra start veriləcək. Çox güman ki, şirkət 5G şəbəkəsinin lazımi şəkildə yayılmasını gözləyəcək.