Birja

Dollara tələb azalır: HƏRRACIN NƏTİCƏSİ

Azərbaycan Mərkəzi Bankı bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərracında banklara 67,2 milyon dollar satıb.

"Çərşənbə axşamı keçirilən hərracda banklardan tələb 67,2 milyon dollar təşkil edib və tam təmin olunub". Hərrac nəticəsində manatın dollara nisbətdə orta məzənnəsi 1,7 manat / $ 1 təşkil edib və çərşənbə axşamı səhər olan məzənnə ilə müqayisədə dəyişməyib.

Qeyd edək ki, mart ayında Azərbaycan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması fonunda xarici valyutaya tələbin artması müəyyən ajiotaj yaratsa da, martın 29-dan tələb tədricən azalmağa başlayıb. Aprelin 2-də keçirilən hərracda bankların tələbi 74,6 milyon dollar təşkil etmişdi. 

Dövlət Neft Fondundan verilən məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında fond valyuta hərraclarında 2 milyard 771.9 milyon ABŞ dolları həcmində xarici valyuta satıb. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 78.6% artım deməkdir. Təkcə mart ayında - 1 milyard 928,3 milyon dollar hərracda satılmışdı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)