Sosial iqtisadiyyat

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

Hüquqi şəxsin ləğvi qaydası dəyişir.

Bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ləğvetmə komissiyası dövlət büdcəsinə işsizlikdən sığorta haqları üzrə borcların olub-olmamasını da müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək.

Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi də dəyişir. Layihə qəbul ediləcəyi təqdirdə üçüncü növbədə işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə də həyata keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)