Azərbaycan kapital və əmlak amnistiyasına hazırlaşır
"Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir".
ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
"Hesab edirəm ki, pandemiya hətta əlaqəsi olmayan sahələrdə də islahatları dərinləşdirməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Və kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq", deyə dövlət başçısı vurğulayıb.