Qeyri-Bank

"Alıcılıq səviyyəsində kəskin azalma var"

Dünyanın ən böyağdsız kart nəhənglərindən biri - Visa Inc. həm onlayn, həm də üz-üzə xərcləmələrin sürətlə azaldığını açıqlayıb. 
ENA.az xəbər verir ki, Visa Inc, koronavirus pandemiyasının kart sahiblərinin xarici xərclərinin kəskin azalmasına səbəb olduğunu bildirərək, ikinci maliyyə rübü üçün gəlir proqnozunu yenidən nəzərdən keçirib.

"Virus son bir neçə həftə ərzində yayıldığından, Asiyada gördüyümüz təsirlər indi dünyanın digər hissələrində də yaşanır", - deyən şirkətin bazar ertəsi verdiyi açıqlamada, xarici səyahətlər üzrə xərclərdə sürətli düşmə olduğunu qeyd edib. 

Məlumat üçün bildirək ki, Visa və rəqibi Mastercard Inc. səhmləri də kəskin şəkildə ucuzlaşıb. Mastercard ötən həftə illik maliyyə proqnozundan imtina edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)