Trampdan neftin bahalaşması qorxusu: Əgər hərbi avadanlıqlar satmasaq...

Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dayandırsaq neftin qiyməti kəskin bahalaşacaq.
BI xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, ölkəsi Səudiyyə Ərəbistanı ilə ticari müqavilələri davam etdirəcək: “100 milyard dollardan imtina etməyəcəyik. Əgər imtina edərsək neftin qiyməti kəskin artacaq”.
ABŞ Prezidenti Səudiyyə Ərəbistanı ilə özünün şəxsi ticari əlaqəsinin olmadığını söyləyib: “Əgər biz rəsmi Ər-Riyada hərbi avadanlıqlar satmasaq Səudiyyə Ərəbistanının bu tələbatını Rusiya və Çin təmin edəcək. Nəticədə Rusiya və Çin bu vəziyyətdən çox razı qalacaq”.