Koronavirusla Mübarizəyə Dəstək Fonduna hansı nazir nə qədər pul köçürüb? – TAM SİYAHI
Bu gün - 28 mart 2020-ci il saat 18:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 milyon 366 min 148 manat daxil olub.
ENA.az xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 67 milyon 229 min 601 manatı hüquqi şəxslər, 4 milyon 136 min 545 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 17 nazirlikdən, yalnız 7-sinin rəhbəri Fonda pul köçürüb. 28 mart 2010-ci il saat 18:00-a olan son məlumata görə 10 nazir hələ də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürməyib.
Fonda pul ianə edən və etməyən nazirlərin siyahısını təqdim edirik:
- Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev – 17 165 manat
- Təhsil naziri Ceyhun Bayramov – 10 000 manat
- Səhiyyə nazirli Oktay Şirəliyev – 10 000 manat
- Mədəniyyət naziri Əbülfəs Qarayev – 5 000 manat
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 3951 manat
- Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev – 3 000 manat
Onu da bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.
Yeniavaz