Bu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanat və troslar və onlardan məmulatları gömrük rüsumlarından azad edilib.
Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.