Sağlamlıq

Azərbaycanda bu xəstəliklərə tutulanların sosial müdafiəsi gücləndiriləcək

Azərbaycanda əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarət gücləndiriləcək.

ENA.az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum uşağın İİV/QİÇS-ə, şəkərli diabet, hemofiliya, talassemiya, vərəm və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi öhdəliyini götürüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)