Sosial iqtisadiyyat

Angela Merkelin test nəticəsi bəlli oldu

Almaniya kansleri Angela Merkelin test nəticəsi mənfi olub.
"Reuters" xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Seibert, Almaniya kansleri Angela Merkelin koronavirus testinin mənfi olduğunu açıqladı.

Mətbuat katibi Seibert, Merkelin keçən cümə günü həkimə getdiyini, ona peyvənd vurulduğunu və peyvəndi vuran həkimin koronavirus testinin nəticələrinin müsbət olduğunu qeyd etmişdi. 

Dünən keçirdiyi mətbuat konfransından sonra Merkel özünü karantinə aldığını elan etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)