“ASK Tekstil”in direktoru vəzifəsindən AZAD EDİLİB
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Tekstil” MMC-nin direktoru Bəyəli Mürsəlov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Polad Böyükkişiyevə həvalə olunub.
Xatırladaq ki, “ASK Tekstil” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 620 619 manatdır. Müəssisə geyim və xalça istehsalı ilə məşğuldur.