Şirkət mühafizəçi axtarır - VAKANSİYA
MÜHAFİZƏÇİ
VƏZİFƏNİN MƏQSƏDİ:
“GESCO” ASC müxtəlif layihələr ilə əlaqədar olaraq müəyyən olunmuş zaman çərçivəsində təyin olunmuş obyektlərin daxili və ətrafının qorunması, eləcə də insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə fiziki hazırlıqlı və özünə inanan sağlam gəncləri – kişi və qadınları əmək müqaviləsi əsasında fəal əməkdaşlığa dəvət edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin təşkili,
• Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək,
• Hadisələrə qarşı diqqətli davranmaq,
• Baş verən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq,
• Obyekti periodik olaraq olaraq gəzərək, göstərilən təlimatların icrasını həyata keçirmək,
• Obyektə gələn qonaqlarla etik normalar əsasında davranmaq, gülərüz münasibət göstərmək və müştəri fokuslu olmaq,
• Giriş qapısını və digər tapşırlan obyektləri daimi olaraq nəzarətdə saxlamaq,
• Gecə və ya gündüz növbə sırasında təhlükəli görünən, şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə növbə rəisinə məruzə eləmək,
• Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətə götürmək və növbəni təlimata uyğun tələb olunduğu şəkildə icra etmək,
• Növbə zamanı təyin olunmuş geyim kodeksinə uyğun şəkildə olmaq,
• Təlimatda göstərilən şəkildə səliqəli, təmiz şəkildə işi təhvil almaq,
• Şirkətin daxili nizam qaydalarına və etik normalarına riayət etmək.
• Geyim kodeksini heç bir halda pozmamaq,
• Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə təlimata uyğun olaraq istiqamətləndirmə və məlumatlandıma işini görmək,
• Texniki təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi,
• Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
• Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası.
VAKANSIYA ÜZRƏ TƏLƏBLƏR, BILIK VƏ BACARIQLAR
- Yaş: 20-55
- Cinsi: Kişi / Qadın
- Boy: 170-dən yuxarı olmalı
- Hərbi xidmət keçməsi: Vacib
- Sağlamlıq dərəcəsi: Tibbi arayış əsasında
- Vətəndaşlıq: Azərbaycan Respublikasının vətəndaşı
- Əsasən Bakı şəhəri ərazisində, o cümlədən ətraf yerlərdə (Sumqayıt şəh. və s.) yaşayan olmalı
- Azərbaycan dillində sərbəst yazmaq, oxumaq və danışmağı bilməsi vacibdir.
- Rus və ya İngilis dilini bilənlərə əlavə bonuslar nəzərdə tutulur.
- Təhsil səviyyəsi: Ali, Orta texniki, orta
- Mühafizə kursu bitirənlərə üstünlük verilir.
- Hərbi xidmət keçmiş olması mütləqdir.
- Fiziki cəhətdən sağlam (aktiv şəkildə idmanla məşğul olan) olmalı.
İŞ ŞƏRAİTİ
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
- İş rejimi –növbəli
- İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir
- Əmək haqqı: razılıq əsasında
- Ünvan: Bakı ş. Ziya Bünyadov pr.1965. "Çinar Park" 5-ci bina
“GESCO” ASC ilə uzunmüddətli əməkdaşlıq edərək, gələcək inkişaf karyerasını bu istiqamətdə davam etdirmək istəyən namizədlərdən rəsmi müraciətlərini cv@gesco.az elektron ünvanına email-in mövzu hissəsində “Mühafizəçi” yazaraq göndərmələri xahiş olunur.