Bu dövlət vətəndaşlarının hər birinə 1000 dollar verir
ABŞ hökuməti koronavirus epidemiyasının iqtisadiyyata mənfi təsirləri səbəbilə hazırladığı təxminən 1.2 trilyon dollarlıq təcili tədbirlər çərçivəsində vətəndaşların hər birinə min dollar verməyi də planlaşdırır.
ENA.az xəbər verir ki, ancaq bəzi analitiklər görüləcək tədbirlərin dünyanın ən böyük iqtisadiyyatını kiçilməkdən xilas etməyəcəyini düşünür.
Deutsche Bank-ın iqtisadçısı Matthew Luzzetti, "ABŞ iqtisadiyyatının qarşı-qarşıya olduğu şokun böyüklüyünə baxılsa bu paketlə böhrandan yayınmaq asan olmaz" şərhini edib.
Bank ölkədə böhran gözləyir.
Pantheon Macroeconomics və Oxford Economics analitikləri ilin ikinci rübündə 10% ətrafında tənəzzül gözləyir, bu tarixin ən böyük azalması ola bilər. Bəzi iqtisadçılar da Fevral ayında pərakəndə satışların düşməsi və şirkətlərin personal azaltması ilə böhranın başladığını ifadə edilər.
ABŞ Xəzinə naziri Steven Mnuchin koronavirusun təsiri ilə ölkədə işsizlik nisbətinin 20%-ə yüksələ biləcəyini söyləmişdir.
İqtisadi Siyasətlər İnstitutunun araşdırma direktoru Josh Bivens, "Maliyyə təşviqləri yaxşı bir başlanğıcdır, ancaq davamı da olmalıdır. Min dollarlıq kömək planı kafi deyil. Virusu önləmək üçün tətbiq edilən tədbirlər ilə bir çox alış-veriş yerləri və restoranlar bağlanıb. Həmçinin xalqın bu pulu aldıqda dərhal xərcləyəcəkləri mənasına da gəlmir" şərhini edib.