Neft sürətlə ucuzlaşır - 28 DOLLARA DÜŞDÜ

Dünya birjalarında neftin qiyməti azalmaqda davam edir.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,87 dollar və ya 9,05% azalaraq 28,86 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 3,93 dollar və ya 11,61% azalaraq 29,92 dollar təşkil edib.