Sağlamlıq

Bu gün koronavirusa qarşı peyvənd ilk dəfə sınaqdan keçiriləcək

ABŞ-da yeni tip koronavirusa qarşı hazırlanmış peyvənd bu gün ilk dəfə Vaşinqton ştatında sınaqdan keçiriləcək.

ENA.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən peyvəndin sınağının Sietl şəhərindəki “Kaiser Permanente” Sağlamlıq Araşdırma İnstitutunda aparılacağı bildirilir.

Səlahiyyətli şəxslər peyvəndin virus daşımayan, 45 yaşındakı sağlam bir insanda yoxlanacağını qeyd ediblər. Test peyvəndin əks təsirlərinin olub-olmadığını yoxlamaq üçün keçiriləcək.

Qeyd edək ki, tibb mütəxəssislərinin məlumatına görə, koronavirusa qarşı peyvəndin tam hazır olması üçün 8 aydan 1 ilə qədər vaxt lazımdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)