Prezident Mamməd Məmmədovu tutduğu vəzifədən azad etdi
Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta) sədri Məmməd Əhməd oğlu Məmmədov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Məmmədov Məmməd Əhməd oğlu
Doğum tarixi: 05.05. 1941
Doğum yeri: Tovuz rayonu
Təhsili: Ali - iqtisadiyyat
İş təcrübəsi:
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır.
1966-cı ilin fevral ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir.
1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti vəzifəsində işləmişdir.
13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir.