Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

“ABB” ASC İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vakansiyası elan edir.

Görəcəyiniz işlər:

 Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
 Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
 Məktubların və ərizələrin yazılması;
 Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması.

Bizim üçün ideal namizəd:

 Ali təhsilli (hüquqi və ya iqtisadi);
 Minimum 3 il sənədləşmə üzrə iş təcrübəs olani;
 Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.

Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 27 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department