Sağlamlıq

Nazirlər Kabinetindən Bakının helikopterlərlə dezinfeksiya ediləcəyi məsələsinə MÜNASİBƏT

Sosial şəbəkələrdə Bakı şəhərinin bu axşam helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatların heç bir əsası yoxdur.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qərargahdan deyilib ki, yayılan məlumatlar şayiədir, belə bir hazırlıq aparılmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department