"Mən oliqarx deyiləm"
"Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı... Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar".
ENA.az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Madər Musayev bildirib.
O, "Övladlarınız hansı işlə məşğuldur?" sualına bilə cavab verib:
"Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar".