SINTEKS işçi axtarır - VAKANSİYA
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks şirkətinə “Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis” tələb olunur.
İşin Məqsədi:
• Büdcələşdirmə prosesində və gündəlik xərclərin nəzarətində iştirak etmək
Vəzifə və öhdəliklər:
• Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil etmək və əlaqələndirmək
• Növbəti il üçün əməliyyat və yardımçı büdcələri rüblük və aylıq əsasda hazırlamaq
• Mövsüm üzrə büdcənin icrasını aylara bölərək hesabat hazırlamaq, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərini təhlil etmək
• Büdcə icraatı və şirkət xərclərinə nəzarət etmək
• Xərclərin maliyyə təhlilini aparmaq
• Xərclərin optimizasiyası üçün təkliflər hazırlamaq və səmərəliliyin artırılması üçün yeni yollar axtarmaq
• Xərc növünün və büdcə həcminin mövcudluğunu yoxlamaq
Namizədə olan tələblər:
İxtisas / Təhsil:
• Ali Təhsil
• İqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə və digər müvafiq istiqamətdə bakalavr dərəcəsi
Təcrübə:
• Müvafiq 2-3 il iş təcrübəsi
İş qabiliyyəti:
• Dil bilikləri: Azərbaycan – sərbəs, Rus və ya İngilis - orta
• MS Office, xüsusilə Excel, Word və PowerPoint bilikləri
• Yaxşı təşkillatçılıq və nəticəyönümlük
• Yaxşı ünsiyyət və analitik bacarıqları
Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Büdcə və Xərclərə nəzarət üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.