Birja

Hərracda satılan dolların həcmi kəskin artıb - Neft Fondundan açıqlama

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

ENA.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmlşdı. Dünən keçirilən hərracda isə 232 milyon dollar satıldı. 

Beləliklə, yanvar ayı ilə müqayisədə fevralda Fondun satdığı vəsait 81% artıb.

Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları, fevral ayı ərzində isə 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)